...

ABŞ Dövlət Departamenti: ABŞ və Rusiya hüquq-mühafizə orqanları Boston terrorunun araşdırılması üçün əməkdaşlıq edirlər

Siyasət Materials 23 Aprel 2013 03:26 (UTC +04:00)
ABŞ və Rusiya hüquq-mühafizə orqanları Boston terrorunun araşdırılması üçün əməkdaşlıq edirlər. Trend-in RBK-ya istinadən yaydığı məlumatda deyilir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Patrik Ventrell bildirib.
ABŞ Dövlət Departamenti: ABŞ və Rusiya hüquq-mühafizə orqanları Boston terrorunun araşdırılması üçün əməkdaşlıq edirlər

Azərbaycan, Bakı, 23 aprel /Trend/

ABŞ və Rusiya hüquq-mühafizə orqanları Boston terrorunun araşdırılması üçün əməkdaşlıq edirlər. Trend-in RBK-ya istinadən yaydığı məlumatda deyilir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Patrik Ventrell bildirib.

Ventrell xatırladıb ki, Boston terrorunu ABŞ Ədliyyə Nazirliyi və FTB araşdırır, Rusiyanın hüquq-mühafizə orqanları isə bu qurumlarla əlaqə saxlayır.

Bununla yanaşı, o, vurğulayıb ki, bu məsələdə əməkdaşlıq FTB və Ədliyyə Nazirliyinə həvalə edilməlidir.

Lakin terror aktının aprelin 23-də Bostonda Sergey Lavrovla Con Kerrinin müzakirə edəcəyi dəqiq deyil.

Xəbər lenti

Xəbər lenti