Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, R.Zamanov/
Dünyada nüvə silahı bəşəriyyət üçün təhlükə törədir. Trend-in çərşənbə günü IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndəsi Əli Əsğər Sultaniyyə deyib.
Məlumata görə, Sultaniyyə ABŞ, Böyük Britaniya və digər Qərb ölkələrinin nüvə sınaqları keçirməsini, həmçinin "Nüvə silahının yayılması haqqında" müqaviləyə üzv olmayan ölkələrə nüvə texnologiyalarını ötürməsini tənqid edib.
İran və BAEA Tehranın nüvə proqramı ətrafında danışıqların növbəti raundunu gələn ay keçirməyi planlaşdırır.
Sultaniyyə bəyan edib ki, görüş mayın 15-də İranın BAEA-dakı missiyasının ofisində keçiriləcək.