Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Bədəlova/
İran parlamentinin İqtisadiyyat komissiyasının sədri Arsalan Fəthipur prezidentliyə namizədliyini irəli sürmək barədə niyyətinin olduğunu rəsmən bəyan edib. Bu barədə Trend şənbə günü Press TV-yə istinadən məlumat verir.
Fəthipur qarşıdakı prezident seçkilərində "Güc, mənəviyyat və ədalət" şüarı ilə iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, ölkədə prezident seçkilərinin bu il iyunun 14-də keçirilməsi planlaşdırılır.