Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı ABŞ-Azərbaycan əlaqələri, regionda vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.