...

İlham Əliyev Polşa Prezidentini təbrik edib

Siyasət Materials 2 May 2013 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Polşa Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 2 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Tarixi köklərə malik Azərbaycan ilə Polşa arasındakı münasibətlər bütün sahələrdə bu gün də müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, sağlam təməl üzərində qurulmuş ənənəvi dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Bronislav Komorovskiyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Polşa xalqına sülh və rifah arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti