...

Azərbaycanın müxalifət düşərgəsində yeni siyasi blokun yaradılması rəsmən elan olunub

Siyasət Materials 3 May 2013 12:50 (UTC +04:00)
Azərbaycanın müxalifət düşərgəsində yeni siyasi blokun yaradılması cümə günü rəsmən elan olunub.
Azərbaycanın müxalifət düşərgəsində yeni siyasi blokun yaradılması rəsmən elan olunub

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müxalifət düşərgəsində yeni siyasi blokun yaradılması cümə günü rəsmən elan olunub.

Trend-in məlumatına görə, Ədalət və Yaşıllar Partiyasından ibarət yeni blok "Vətən" adlanır. Yaşıllar Partiyasının sədri Mayis Güləliyev imzalama mərasimindən sonra bildirib ki, artıq blokun gələcək fəlaiyyət istiqamətləri müəyyənləşib. "Biz çalışacağıq ki, bu siyasi blok Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etsin", - Güləliyev deyib.

Ədalət Partiyasının sədri İlyas İsmayılov isə bildirib ki, blokun yaradılması ölkə siyasətində mütərəqqi bir addımdır. "Çalışacağıq ki, iki partiya arasında olan əlaqələr xalqın xeyirə olsun. Gələcəkdə blokumuz daha da zənginləşəcək, çünki o, qoşulmaq istəyən hər kəsə açıqdır", - İsmayılov deyib.

Bundan sonra həm Yaşıllar, həm də Ədalət Partiyasının digər siyasi partiyalarla əməkdaşlığı ancaq blok çərçivəsində olacaq.

Siyasi blokun 2013-cü il prezident seçkilərinə vahid namizədlə qatılacağı gözlənilir. Blokun özünün namizədi olacaq və blokdan kənar heç bir namizədi dəstəklənməyəcək.

"Bu siyasi blokdur, uzunmüddətli birgə fəaliyyəti nəzərdə tutur. Lakin bütün seçkilərdə aktiv iştirak etməyi planlaşdırırıq. Bu il keçiriləcək prezident seçkiləri qabağı da ictimai-siyasi vəziyyət yetişərsə, vahid namizədlə seçkilərə qatılacıq", - Güləliyev deyib. O qeyd edib ki, yaxın iki ayda bu məsələyə aydınlıq gələcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti