Azərbaycan, Bakı, 3 may /Trend/
Mayın 3-də Sumqayıta səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Mərkəzin yaradılması ilk növbədə sumqayıtlıların dahi rəhbərin xatirəsinə yüksək ehtiramını nümayiş etdirir. Yeni Mərkəz həm də Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsində və təbliğində mühüm rol oynayır. Mərkəzdəki eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırda ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır.
Dövlətimizin başçısı Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan ibarət guşəyə baxdı.
Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi.