...

Elmar Məmmədyarov Hindistanın vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 3 May 2013 22:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Mayın 3-də xarici işlər naziri Elmar Məmmədyarov Hindistana səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Hamid Ansari ilə görüşüb.

Görüş zamanı Hindistan rəsmisi ölkəsinin enerji, sənaye və informasiya texnologiyaları sahələrində əldə etdiyi nailiyyətlərdən danışıb və bu sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. Həmçinin, Hindistanın vitse-prezidenti qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Nazir Elmar Məmmədyarov qəbula görə qarşı tərəfə təşəkkür edib və Azərbaycanla Hindistan arasında enerji, ticarət və mədəniyyət sahələrində münasibətlərin inkişaf etdiriməsi üçün potensialın olduğunu vurğulayıb.

Görüş zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti