...

Barak Obama: ABŞ ordusu Suriyaya girməyəcək

Siyasət Materials 4 May 2013 05:49 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama bu ölkənin quru qoşunlarının Suriyaya girəcəyilə bağlı məlumatları təkzib edib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Obama səfərdə olduğu Kosta-Rikada keçirdiyi mətbuat konfransında bu barədə danışıb.
Barak Obama: ABŞ ordusu Suriyaya girməyəcək

Azərbaycan, Bakı, 4 may /Trend/

ABŞ prezidenti Barak Obama bu ölkənin quru qoşunlarının Suriyaya girəcəyilə bağlı məlumatları təkzib edib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Obama səfərdə olduğu Kosta-Rikada keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

"ABŞ ordusunun Suriyaya girməsini tələb edən ssenari təxmin edilmir" - deyə Obama bildirib.

O, vurğulayıb ki, ABŞ Suriyaya vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etdiyinə görə, təqyiqlər göstərəcək. Bununla yanaşı, Obama bu məsələyə ciddi yanaşmanın olduğunu da deyib.

"Biz hər şeyi dəqiq bilmədən fəaliyyətə keçməyəcəyik" - deyə Obama əlavə edib.

Xəbər lenti

Xəbər lenti