...

Baş nazir: Türkiyə üçün əsas məsələ PKK yaraqlılarının ölkədən çıxmasıdır

Siyasət Materials 7 May 2013 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyə üçün əsas məsələ terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinin ölkədən çıxmasıdır. Trend "TRT Haber" telekanalına istinadən məlumat verir ki, bu barədə çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, PKK üzvlərinin Türkiyədən çıxacağı dəqiq tarixi söyləmək yanlış olardı.

"PKK yaraqlıları Türkiyəyə haradan gəlmişdilərsə, oraya da qayıdacaqlar. Bunun nə vaxt baş verəcəyini dəqiq demək olmaz. Hazırda Türkiyə üçün ən vacib məsələ yaraqlıların ölkədən çıxmasına nail olmaqdır", - Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti