...

Putin Obama ilə şəxsən görüşmək istəyir

Siyasət Materials 7 May 2013 23:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında danışıqlar bu gün Moskvada başlayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Bu, xarici siyasət idarələri rəhbərlərinin artıq dördüncü görüşüdür. Onlar buna qədər Berlin, London və Brüsseldə görüşüblər.

Lavrov və Kerrinin gündəlikdəki aktual ikitərəfli məsələləri, həmçinin Suriyadakı vəziyyət daxil olmaqla beynəlxalq problemləri müzakirə edəcəyi gözlənilir.

Rusiyada rəsmi səfərdə olan ABŞ dövlət katibi bu gün RF Prezidenti Vladimir Putinlə də görüşüb. Rusiyanın dövlət başçısı bəyan edib ki, amerikalı həmkarı Barak Obamanın məktubuna cavab hazırlayır və onunla şəxsən görüşəcəyinə ümid edir. Öz növbəsində, Kerri Bostonda terror aktının istintaqı üzrə birgə işə görə Rusiyaya təşəkkür edib və RF və ABŞ-ın Suriyadakı vəziyyətin həllinə ümumi yanaşma tapacaqlarına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti