...

İsrail Suriya tərəfdən açılan hər atəşə cavab verəcək

Siyasət Materials 8 May 2013 00:17 (UTC +04:00)
İsrailin müdafiə naziri Moşe Yalon Suriya tərəfdən açılan hər atəşə cavab verəcəklərini bildirib.
İsrail Suriya tərəfdən açılan hər atəşə cavab verəcək

Azərbaycan, Bakı, 8 may /Trend/

İsrailin müdafiə naziri Moşe Yalon Suriya tərəfdən açılan hər atəşə cavab verəcəklərini bildirib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Yalon İsrailin cənubunda hərbi hissəyə baş çəkərkən mətbuat konfransında deyib ki, şimal sərhədində olan ordu birləşmələrinə yeni bir icazə almadan Suriya tərəfdən açılacaq hər atəşə cavab vermək təlimatı verilib.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Suriya ordusu bu gün İsrailin Qolan təpələrindəki Tel Fares bölgəsinə top atəşi açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti