...

YAP gəncləri ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlər təşkil ediblər

Siyasət Materials 10 May 2013 15:07 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlər təşkil edib.
YAP gəncləri ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlər təşkil ediblər

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlər təşkil edib.

Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, yekun tədbir mayın 10-da Birliyin ofisində gerçəkləşib.

Tədbirdə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı iştirak edib. Qurbanlı ümummilli lider Heydər Əliyevlə olan görüşlərindən, ulu öndərin xalqımız, dövlətimiz qarşısında olan xidmətlərindən ətraflı şəkildə bəhs edib.

Qurbanlı xüsusən Heydər Əliyevin Azərbaycan gəncliyi üçün gördüyü işlərdən söhbət açıb, bu gün də bu siyasi xəttin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini gənclərin diqqətinə çatdırıb.

Sonra gənclərin Heydər Əliyevlə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları Gənclər Birliyinin ofisində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən fotosərgiyə tamaşa ediblər.

Sərgidəki fotolar ümumilli liderin şəxsi həyatını və siyasi fəaliyyətindən bəhs edən anları dolğunluğu ilə ifadə edirdi.

Daha sonra gənclər Sahil bağında "Heydər Əliyev irsini öyrənək!" adlı fləşmob keçiriblər. Fləşmobda əllərində Heydər Əliyev irsindən bəhs edən kitablar tutan gənclər şəhər sakinlərinin diqqətini çəkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti