Azərbaycan, Bakı, 11 may /Trend, müxbir R.Hafizoğlu/
Silahla terrora qalib gəlmək mümkün deyil, heç bir ölkə silah gücünə terrora qalib gəlməyib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
Bozdağın sözlərinə görə, 30 ilə yaxındır ki, Türkiyə terrorçulara qarşı mübarizə aparır, indi isə digər metodlardan istifadə vaxtı gəlib çatıb.
O, həmçinin vurğulayıb ki, terrora qarşı mübarizə yalnız hökumətin deyil, həm də müxalifətin məsələsidir və müxalifət partiyaları PKK yaraqlılarının ölkədən çıxma prosesini dəstəkləməlidirlər.