Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev/
ABŞ-ın Milli Demokratiya İnstitutu ilə keçirdiyimiz görüşlər zamanı müəyyən şərtlər razılaşdırılıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisinin sözlərinə görə, Azərbaycanda qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq, ABŞ-ın adıçəkilən qeyri-hökumət təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda fəaliyyət göstərə bilərlər:
"Bunun üçün onlar, ilk növbədə, Azərbaycan qanunlarının tələblərinə cavab verməlidirlər".