Azərbaycan, Bakı, 14 may /Trend/
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyanada Avstriya Sənaye Federasiyasının prezidenti və iri şirkətlərin rəhbərləri ilə görüşmüşdür.
Avstriya Sənaye Federasiyasının prezidenti Georq Kapş dövlətimizin başçısını salamladı və bu görüşdən məmnunluğunu bildirdi.
Azərbaycan Prezidenti görüşdə çıxış etdi.
Sonra Avstriya iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı aparıcı şirkətlərin rəhbərləri təmsil etdikləri qurumlar barədə dövlətimizin başçısına məlumat verdilər. Onlar Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirdilər.
Şirkət rəhbərləri, həmçinin yüksək texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, enerji, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər.