...

Azərbaycanın Macarıstandakı səfiri Lakiteleki Xalq Akademiyasında mühazirə ilə çıxış edib (FOTO)

Siyasət Materials 14 May 2013 16:36 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkənin populyar təlim mərkəzlərindən sayılan Lakiteleki Xalq Akademiyasında “Yeni Azərbaycan dünyanın diqqət mərkəzində” mövzusunda mühazirə ilə çıxış edib.
Azərbaycanın Macarıstandakı səfiri Lakiteleki Xalq Akademiyasında mühazirə ilə çıxış edib  (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkənin populyar təlim mərkəzlərindən sayılan Lakiteleki Xalq Akademiyasında "Yeni Azərbaycan dünyanın diqqət mərkəzində" mövzusunda mühazirə ilə çıxış edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, akademiyanın qurucusu və fəxri prezidenti, Macarıstan Parlamentinin vitse-spikeri Şandor Lejak səfiri auditoriyaya təqdim edərkən azərbaycanlılarla macarların eyni soy-kökə malik xalq olduqlarını, birgə türk-turan dəyərlərini paylaşdıqlarını, Macarıstan cəmiyyətində ölkəmizə həmişə böyük maraq olduğunu diqqətə çatdırıb.

Vilayət Quliyev mühazirəsində Azərbaycanın müstəqillik dövründə keçdiyi mürəkkəb və şərəfli yoldan, yeni şəraitdə dövlətçilik institutlarının qurulması və möhkəmləndirilməsində Heydər Əliyevin böyük rol və xidmətlərindən bəhs edib. Ölkənin geosiyasi mövqeyinə, dörddə bir əsrə yaxın davam edən erməni işğalının ağır nəticələrinə xüsusi diqqət yetirilib. Natiq son illərdə Azərbaycanda həyata keçirilən islahatlar, ölkənin Avropa strukturlarına inteqrasiyası məsələsi üzərində də ətraflı dayanıb, ölkəmizin enerji siyasətinin bir sıra mühüm məqamlarına toxunub. Azərbaycan-Macarıstan əlaqələrinin hazırkı səviyyəsi və inkişaf perspektivləri də toxunulan məsələlər arasında olub.

Sonda səfir Vilayət Quliyev dinləyicilərin çoxsaylı suallarına cavab verib. Səfirlik adından akademiyanın kitabxanasına Azərbaycan haqqında çoxsaylı kitab, albom, buklet və audio-video disklər təqdim edilib.

Macarıstan Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya departamentinin direktoru, səfir Erne Keşkeni, qafqazşünas mütəxəssislər tədbirdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti