...

Avropa Parlamentində ümummilli lider Heydər Əliyevin xatirəsi anılacaq

Siyasət Materials 15 May 2013 19:01 (UTC +04:00)
Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Belçikanın paytaxtı Brüssel şəhərində səfərdədir.
Avropa Parlamentində ümummilli lider Heydər Əliyevin xatirəsi anılacaq

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Belçikanın paytaxtı Brüssel şəhərində səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, deputatımız ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyinə həsr olunmuş mərasimlərdə iştirak edəcək.

Səfər çərçivəsində keçiriləcək "Avropa Parlamentində Azərbaycan Günü" adlı tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılacaq, eyni zamanda, ölkəmizin adət və ənənələrini əks etdirən nümunələr təqdim olunacaq, musiqi nömrələri səsləndiriləcək.

Səfər mayın 16-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti