Azərbaycan, Bakı, 16 may /Trend/
BMT-nin baş katibi Pan Gi Mun bu Moskvaya işgüzar səfər edəcək.
Trend Rusiya KİV-ə istinadən məlumat verir ki, baş katib bir sıra görüşlər keçirəcək, o cümlədən xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.
Pan Gi Munun səfəri zamanı keçirəcəyi görüşlərdə Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, Suriya böhranı, Koreya yarımadasında vəziyyət, terrorizmlə mübarizə və digər aktual beynəlxalq problemlərin müzakirə ediləcəyi gözlənilir.