...

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda səfərdədir (FOTO)

Siyasət Materials 16 May 2013 17:08 (UTC +04:00)
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend/

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə Ulu Öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, uşaq-əyləncə guşələri qurulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti