...

Bakıda Fələstinə yardım məqsədi ilə beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 17 May 2013 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Mehdiyev/

Fələstin xalqına yardım məqsədilə iyunun 11-də Bakıda beynəlxalq konfrans keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim məlumat verib. Onun sözlərinə görə, beynəlxalq konfransda İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv ölkələrdən yüksək səviyyəli nümayəndə heyətləri təmsil olunacaq.

Diplomat deyib ki, Azərbaycan hər zaman Fələstinə öz dəstəyini verib. Konfransın məqsədi Fələstinə və Qüdsü dəstəkləmək, Fələstinin təhlükəsizliyini təmin etməkdir:

"Azərbaycan bu məsələdə bir daha öz humanistliyini nümayiş etdirdi".

Səfirin sözlərinə ğörə, Fələstin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə nümayəndə heyətinin konfransda iştirakı gözlənilir.

Xatırladaq ki, konfransın məqsədi Fələstin xalqına dəstək məqsədi ilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılmasıdır. Qeyd edək ki, bu şəbəkənin təsis edilməsi İƏT ölkələrinin bu ilin fevralında Misirin paytaxtı Qahirədə keşirilmiş dövlət və hökumət başçılarının 13- cü zirvə görüşünün yekun kommunikesində əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti