...

Mixeil Saakaşvili: Bu gün Gürcüstan heç vaxt olmadığı kimi Azərbaycanla olmalıdır

Siyasət Materials 17 May 2013 12:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 may /Trend, müxbir N.Kirtsxaliya/

Bu gün Gürcüstan heç vaxt olmadığı kimi Azərbaycanla həmrəylik olmalıdır. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Prezidenti Mixeil Saakaşvili Vaşinqtonda Azərbaycan neftinin Rusiyanın ərazisi vasitəsilə nəqlinin dayandırılması haqqında Rusiya tərəfinin qərarını Gürcüstan telekanallarına şərh edərkən bildirib.

Gürcüstan Prezidenti vurğulayıb ki, yalnız Azərbaycanın inkişafı bütün regionun inkişafını təmin edəcək:

"Bu vəziyyətdə Azərbaycana dəstək çox əhəmiyyətlidir və bu dəstək dəqiq və ardıcıl olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti