...

Ukraynada yaşayan azərbaycanlı gənclər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər

Siyasət Materials 17 May 2013 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Mehdiyev/

Ukraynada yaşayan azərbaycanlı gənclər hər zaman olduğu kimi, bu gün də Prezident İlham Əliyevin ətrafında birləşiblər. Bunu cümə günü Trend-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov deyib.

Onun sözlərinə görə, bu ondan irəli gəlir ki, Azərbaycan gəncləri cənab Prezidentə hər zaman olduğu kimi, bu gün də inanır və Prezident İlham Əliyevi dəstəkləyirlər: "Ukraynada yaşayan azərbaycanlı gənclər bu il ölkəmizdə keçiriləcək prezident seçkilərində cənab Prezident İlham Əliyevi dəstəkləyəcəklərini bəyan edirlər. Bununla bağlı mayın 20-21-də Odessa şəhərində keçiriləcək Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna Forumunun yekun sənədində Ukraynada təhsil alan azərbaycanlı gənclərlə Şərqi Avropa ölkələrində təhsil alan tələbələrin gələcək fəaliyyət proqramı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların qarşısında duran vəzifələr, xüsusən də bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərində gənclərin mövqeyinin bəyan edilməsi öz geniş əksini tapacaq".

Tahirov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada daha da tanınır, qüdrətli dövlətə çevrilir, ölkədə əhalinin rifah halı gündən-günə yaxşılaşır. Bu gün yüzlərlə Azərbaycan gənci dövlətin səyi nəticəsində xarici ölkələrdə, o cümlədən Ukraynada təhsil alır və hazırda dövlət qurumlarında çalışan gənclərin sayı getdikcə artır. Bu gün gənclərin məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılır. Ona görə də Ukraynada yaşayan azərbaycanlı gənclər cənab İlham Əliyevin növbəti prezident seçkilərində birmənalı olaraq qalib gələcəyinə əmindirlər", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti