...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Versal sarayının direktoru ilə görüşüb (FOTO)

Siyasət Materials 21 May 2013 00:45 (UTC +04:00)
Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 20-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Versal sarayının və muzeyinin direktoru xanım Katrin Peqar ilə görüşmüşdür.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Versal sarayının direktoru ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend/

Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 20-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Versal sarayının və muzeyinin direktoru xanım Katrin Peqar ilə görüşmüşdür.

Hədiyyələrin təqdim olunduğu görüşdə Azərbaycan ilə Versal sarayı arasında gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

Mehriban xanım Əliyeva Versal sarayındakı iki abidənin Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğunu qeyd edərək bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Versal sarayının və muzeyinin direktoru Katrin Peqarı ölkəmizə səfərə dəvət etmişdir.

Dəvəti məmnunluqla qəbul edən Katrin Peqar Versaldakı iki abidənin bərpasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımına minnətdarlıq etmişdir. O, bu cür layihələrin Heydər Əliyev Fondu ilə Versal sarayı arasında əlaqələrə mühüm töhfə olacağını diqqətə çatdırmışdır.

Görüşdə yaxın gələcəkdə Azərbaycanın Versalda mədəniyyət baxımından təqdimatının, o cümlədən Bakıda Versal muzeyinə aid eksponatlardan ibarət sərgisinin keçirilməsi barədə razılıq əldə edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti