...

Möhsün Rzayi İran Prezidenti olsa, azərbaycanlılar doğma dillərində təhsil alacaqlar

Siyasət Materials 26 May 2013 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir F.Kərimov/

İranda qarşıdakı seçkilərdə prezidentliyə namizəd Möhsün Rzayi bəyan edib ki, ölkədə korrupsiya, rüşvətxorluq, mövhumat hökm sürür. Bu barədə Trend "Tabnak" xəbər saytına istinadən məlumat verir.

Rzayi söz verib: "Prezident seçilsəm, Konstitusiyanın İrandakı bütün milli azlıqların öz dillərində təhsil almasını nəzərdə tutan 9 və 15-ci maddələrini icra edəcəyəm. Mən etnik azlıqların doğma dillərində təhsil almasından narahat deyiləm".

Prezidentliyə namizəd qeyd edib: "Məgər insanlar belə yoxsulluq, inflyasiya, işsizlik şəraitində yaşamağa layiqdirlərmi?"

O vurğulayıb ki, milli valyutanın devalvasiyası da əsas problemlərdən biridir: "Bəziləri elə danışır ki, sanki cəmiyyətdə heç bir problem yoxdur. Mən onlarla qətiyyən razı deyiləm. Biz min kilometrdən hədəfi məhv edən raketlər istehsal edirik, amma insanları əsas qida məhsulları ilə təmin edə bilmirik".

Xəbər lenti

Xəbər lenti