...

ABŞ Suriya müxalifətinə yardım edərkən "Hizbullah"ın bəyanatını nəzərə alacaq

Siyasət Materials 27 May 2013 00:28 (UTC +04:00)
Ağ evin nümayəndəsi Coş Ernest jurnalistlərə bildirib ki, ABŞ Suriya müxalifətinə köməyin həcmini müəyyən edərək, prezident Bəşər Əsədin tərəfində döyüşlərdə iştirakı haqqında "Hizbullah" livan hərəkatının bəyanatını nəzərə alacaq.
ABŞ Suriya müxalifətinə yardım edərkən "Hizbullah"ın bəyanatını nəzərə alacaq

Azərbaycan, Bakı, 27 may / Trend /

Ağ Evin nümayəndəsi Coş Ernest jurnalistlərə bildirib ki, ABŞ Suriya müxalifətinə köməyin həcmini müəyyən edərək, Prezident Bəşər Əsədin tərəfində döyüşlərdə iştirakı haqqında Livanın "Hizbullah" hərəkatının bəyanatını nəzərə alacaq. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Livanın "Hizbullah" hərəkatının lideri Şeyx Nəsrullah şənbə günü ilk dəfə Suriya döyüşlərində öz tərəfdarlarının iştirakını açıq etiraf edib və söz verib ki, Əsədin rejimi ilə mübarizə aparanların üzərində qələbə qazanacaq.

Ernest deyib: "Son aylar ərzində biz müxalifətə silah çatdırmadan yardımı artırırdıq. Vəziyyət daim təhlil edilir. Mən əminəm ki, qarşıdakı günlər və həftələr ərzində biz öz mövqeyimizə yenidən baxanda, "Hizbullah" liderinin açıq bəyanatları nəzərə alınacaq".

Onun sözlərinə görə, ABŞ Livan hərəkatının münaqişədə iştirakını qınayıb.

Ağ Evin nümayəndəsi bildirib ki, yaranmış vəziyyət Əsədin hakimiyyətdən getməsinin zəruriliyini və ölkədə demokratik prosesin başlanğıcını təsdiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti