...

AŞ PA prezidenti: Azərbaycan regionda strateji rol oynayır

Siyasət Materials 27 May 2013 10:25 (UTC +04:00)
Azərbayan regionda strateji rol oynayır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon bildirib.
AŞ PA prezidenti: Azərbaycan regionda strateji rol oynayır

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/

Azərbayan regionda strateji rol oynayır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon bildirib.

O qeyd edib ki, heç kim Azərbaycanda baş verən müsbət dəyişikləri görməyə bilməz: "Azərbaycanda işsizliyin aradan qaldırılması ilə bağlı müəyyən addımıar atılır və onlar öz nəticələrini verir. Eyni zamanda yoxsulluq səviyyəsi ölkədə 50 faizdən 6 faizə enib ki, bu da dünya səviyəsində bir göstəricidir".

Eyni zamanda Minyon qeyd edib ki, AŞPA-nın bəzi kriteriyaları var: "Azərbaycan da digər üzv dövlətlər kimi bunlara əməl etməyə səylər göstərir".

O qeyd edib ki, demokratiyaya təzə addım atmış ölkədən çox şeylər gözləmək mümkün deyil: "Rəhbərlik etdiyi qurum korrupsiya ilə mübarizədə, çirkli pulların yuyulmasına qarşı mübarizədə, həmçinin insan haqlarının qorunması ilə bağlı üzv olan dövlətlərə yardım edir, öz təcrübəsini bölüşür və Azərbaycan həmin bu yardım və təcrübədən istifadə edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti