...

Prezident İlham Əliyev: Azərbaycan və ABŞ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyub (FOTO)

Siyasət Materials 29 May 2013 13:14 (UTC +04:00)
Bakıda keçirilən forum ölkələrimizin strateji tərəfdaşlığına daha bir töhfə verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Prezident İlham Əliyev: Azərbaycan və ABŞ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyub (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir S.Əliyev/

Bakıda keçirilən forum ölkələrimizin strateji tərəfdaşlığına daha bir töhfə verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

İlham Əliyev bildirib ki, biz bugünki görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətləri müzakirə edəcəyik.

Prezidentin sözlərinə görə, bu forumun gündəliyi çox genişdir və əməkdaşlığın bir çox sahələrini əhatə edir: "Əminəm ki, bu mövzular ətrafında keçiriləcək açıq və səmimi diskussiyalar daha yaxşı təsəvvür yaradacaq və əməkdaşlığımız üçün yeni sahələrin müəyyənləşdirilməsinə imkan verəcək, həmçinin uzun illər birgə fəaliyyət göstərdiyimiz strateji sahələrdə tərəfdaşlığımızı möhkəmləndirəcək".

Dövlət başçısı qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərinin tarixi uzun olmasa da, çox əhəmiyyətlidir: "Müstəqilliyimizin ilk dövrlərindən etibarən sonradan strateji xarakterə çevrilən sıx tərəfdaşlıq əlaqələri qurmuşuq. Bizim çox sıx siyasi təmaslarımız var, siyasi dialoqumuz ən yüksək səviyyədə çox fəaldır. Bizim iqtisadi əməkdaşlıq, ticarət, investisiya sahələrində müxtəlif təmaslarımız var".

İlham Əliyevin sözlərinə görə, iki ölkə, həmçinin enerji təhlükəsizliyi, iqtisadiyyatın şaxələndirilməsi və siyasi islahatlar sahələrində əməkdaşlıq edir: "İki ölkə üçün təhlükəsizlik sahəsində əməkdaşlıq da çox əhəmiyyətlidir. Və şadam ki, indi bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Biz qlobal təhlükəsizlik məsələləri üzrə birgə işləyirik. Bizim əsgərlərimiz çiyin-çiyinə Əfqanıstana yardım edir və dəstək verirlər. Azərbaycan Əfqanıstana tranzitin təqribən 40 faizini təmin edir və Şimal paylayıcı şəbəkəsi ən etibarlı və sabit şəbəkələrdən biri hesab edilir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın NATO ilə münasibətlərini daha da möhkəmlənən ikitərəfli əlaqələrin bir hissəsi kimi də qiymətləndirmək olar: "Azərbaycan bu bölgədə etibarlı tərəfdaşdır və ölkə təkcə bəyanatları ilə deyil, həmçinin praktiki addımları ilə əməkdaşlığın bu səviyyəsini yüksək qiymətləndirdiyini dəfələrlə təsdiq edib".

Prezident əmin olduğunu bildirib ki, yaxın illər ərzində regional təhlükəsizlik məsələsi ümumi diskussiyaların həmişə mərkəzində olacaq.

İlham Əliyev deyib ki, Azərbaycan və ABŞ, həmçinin terrorizmlə mübarizəyə aid məsələlər üzərində fəal işləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti