Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E. Tariverdiyeva/
Azərbaycan ABŞ-ın müttəfiqlərinin - Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır. Trend-in məlumatına görə, bunu çərşənbə günü senator Riçard Luqar Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, ABŞ və Azərbaycan bütün sahələrdə əməkdaşlıq edirlər: "Mən Azərbaycanda uzun müddətdir işləyirəm və bu ölkənin inkişafına təəccüblənməkdə davam edirəm".