Azərbaycan, Bakı, 31 may /Trend/
Azərbaycan hökuməti bizə məlumat vermişdir ki, Milli Demokratiya İnstitutu (MDİ) ilə bağlı məsələ həll olunub. Trend-in məlumatına görə, bunu cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar yaydığı bəyanatında deyib.
Səfirliyin yaydığı bəyanatda bildirilir ki, MDİ vətəndaş cəmiyyətini inkişaf etdirməyə kömək göstərmək üçün Azərbaycanda öz işini davam etdirəcək.