Azərbaycan, Bakı, 31 may /Trend/
NATO 2014-cü ildə Əfqanıstandan alyans qoşunlarının çıxarılması və hərbi əməliyyatların son mərhələsinə həsr olunmuş sammit keçirəcək. Trend "Royters" agentliyinə istinadən məlumat verir ki, bu barədə ABŞ Prezidenti Barak Obamanın bəyanatında deyilir.
RİA Novosti-nin məlumatına görə, Obama bu barədə cümə günü Vaşinqtonda NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşündən sonra bildirib. Öz növbəsində, alyansın rəhbəri qeyd edib ki, hərbçilərin ölkədən çıxarılması 2014-cü ildə başa çatacaq, 2015-ci ildə isə NATO Əfqanıstan qoşunlarının təlimi üzrə az sayda missiya hazırlayacaq.
2014-cü ildən sonra NATO Əfqanıstan ərazisində hərbi əməliyyatlar keçirməyəcək.