...

Siyavuş Novruzov: Milli Şuranın antimilli olması göz önündədir

Siyasət Materials 4 İyun 2013 15:16 (UTC +04:00)
Milli Şura olmur, nə olur olsun, bunun qəti şəkildə hakimiyyət üçün heç bir narahatçılığı yoxdur. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın hakimiyyət üçün narahatçılıq yaratması ilə bağlı fikrə münasibət bildirərkən deyib.
Siyavuş Novruzov: Milli Şuranın antimilli olması göz önündədir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Milli Şura olmur, nə olur olsun, bunun qəti şəkildə hakimiyyət üçün heç bir narahatçılığı yoxdur. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın hakimiyyət üçün narahatçılıq yaratması ilə bağlı fikrə münasibət bildirərkən deyib.

Novruzov qeyd edib ki, Milli Şurada toplaşanlar öz partiyalarında, cəmiyyət arasında heç bir hörməti olmayan adamlardır: "Belə olduğu halda, öz partiyalarını qoyub, hansısa dərnəkdə birləşirlər, o cümlədən də Milli Şurada. Fikir versəniz, son bir ilin içərisində bir neçə təşkilat yaradıblar, adların dəyişiblər, amma insanlar eynidirlər. Bunların hamısı mənasız şeydir. Buradakı insanlar hər təşkilatda 2-3 ay gəzə-gəzə, axırda da gəlib çıxıblar Milli Şuraya".

Novruzov qeyd edib ki, Milli Şuranın da ömrü çox qısa olacaq, heç o yaranmamış dağılacaq: "Artıq bununla bağlı ayrı-ayrı partiyalar tərəfindən müxtəlif bəyanatlar verilir. Milli Şuranın antimilli olması bilavasitə göz önündədir. Sadəcə olaraq, ora toplaşanlar hansısa ölkənin təşkilatlarından 5-10 manat pul almaq istəyirlər, onun eşqinə ora toplaşıblar. Yoxsa Azərbaycan xalqının maraqlarına və s. məsələlərə heç bir aidiyyatı yoxdur".

Milli Şurada kiçik partiyalara böyük partiyalar qədər status verilməsi ilə bağlı yaranan fikirayrılığına münasibət bildirən Novruzov qeyd edib ki, bəzi partiyalar Milli Şuranı monopoliyaya götürüblər: "Say baxımından hansı partiyadan neçə nəfər təmsil olunmalıdır. Hamısı partiyadır də, bunun say məsələsinə nə aidiyyatı var? Bundan 10 nəfər olsun və ya 2 nəfər olsun. Bunun özü orada qeyri-demokratikliyi göstərir və sübut edir ki, bu bir-iki şəxsin monopoliyasında olan təşkilatdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti