...

Böyük Britaniya Azərbaycanla uzunmüddətli əməkdaşlıq etməyi düşünür

Siyasət Materials 4 İyun 2013 20:23 (UTC +04:00)
Trend-in məllumatına görə, bu barədə jurnalistlərə Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendri bildirib: “Bilirsiniz ki, Britaniya Azərbaycanda ən böyük xarici investorlardan biridir və biz əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümid edirik”.
Böyük Britaniya Azərbaycanla uzunmüddətli əməkdaşlıq etməyi düşünür

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Böyük Britaniya Azərbaycanla uzunmüddətli əməkdaşlıq etməyi düşünür.

Trend-in məllumatına görə, bu barədə jurnalistlərə Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendri bildirib: "Bilirsiniz ki, Britaniya Azərbaycanda ən böyük xarici investorlardan biridir və biz əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümid edirik".

O, qeyd edib ki, bu il Britaniya hökuməti üçün çox vacib ildir, çunki bu il Azərbaycanda boru xətti ilə əlaqədar həlledici qərar qəbul ediləcək. Bu qərar Avropanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətlidir.

Ç.Hendri bildirib ki, iki ölkə arasında mövcud əlaqələr bundan sonra da genişləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti