Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Nəsimi və Binəqədi rayonlarında uşaq bağçalarının əsaslı təmirdən sonra açılışında iştirak edib (FOTO)

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Nəsimi və Binəqədi rayonlarında uşaq bağçalarının əsaslı təmirdən sonra açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 6-da Nəsimi rayonundakı 74 və 92 nömrəli, Binəqədi rayonundakı 298 nömrəli körpələr evi-uşaq bağçalarının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.

Heydər Əliyev Fondunun prezidenti əvvəlcə 74 nömrəli körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış oldu.

Mehriban xanım Əliyevaya və qızı Arzu Əliyevaya gül dəstələri təqdim edildi.
Azərbaycanın birinci xanımı bağçanın əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu gün uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq körpələr evlərinin, uşaq bağçalarının, internat və orta məktəblərin əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Nəsimi rayonundakı 74 və 92 nömrəli körpələr evi-uşaq bağçaları da bu inkişaf proqramına uyğun olaraq əsaslı təmir edilmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr həyata keçirir, dövlətin bu istiqamətdəki siyasətinə daim dəstək olur.

Qeyd edildi ki, 1962-ci ildən fəaliyyət göstərən bağçada bu illər ərzində heç vaxt əsaslı təmir işləri aparılmamışdır. Ötən ilin mayında başlanılan əsaslı bərpa işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün lazımi şərait yaradılmışdır.
Mehriban xanım Əliyeva uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, burada 75 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaqdır. Bağçanın ikimərtəbəli binasında dörd qrup vardır. On iki otağı olan müəssisədə musiqi zalı da yaradılmışdır. Buradakı şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir.

Sonra Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 92 nömrəli körpələr evi-uşaq bağçasının da əsaslı təmirdən sonra açılışında iştirak etdi.

Qeyd olundu ki, bu bağça da 1962-ci ildən fəaliyyət göstərir. Müəssisədə ayrı-ayrı illərdə bərpa işləri aparılsa da əsaslı təmirə ehtiyac yaranmışdı. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq ötən il burada əsaslı təmir işlərinə başlanılmışdır. Təmir işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün lazımi tədbirlər görülmüşdür. Nəticədə bu uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılmışdır.

Müəssisə ilə tanış olan birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, ikimərtəbəli binada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcəkdir. Məktəbəqədər, orta və kiçik qrupların fəaliyyət göstərdiyi bağçada 2 yaşından 6 yaşadək, ümumilikdə 75 uşağın təlim-tərbiyəsi ilə 20 nəfərlik pedaqoji və xidməti heyət məşğul olacaqdır. Bu uşaq müəssisəsi də bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilmişdir. Bağçaya Heydər Əliyev Fondu tərəfindən lazımi inventarlar hədiyyə olunmuşdur.

Mehriban xanım Əliyeva bağçada yaradılan şəraitdən razılığını bildirdi.

Müəssisənin yerləşdiyi ərazidə yaşayan sakinlər Azərbaycanın birinci xanımını salamladılar.

Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Binəqədi rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 298 nömrəli körpələr evi-uşaq bağçasına gəldi.

Məlumat verildi ki, 298 nömrəli körpələr evi-uşaq bağçası da "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına əsasən əsaslı təmir olunmuşdur. 1968-ci ildən istifadədə olan bağçada əsaslı təmir işlərinə ötən ilin iyununda başlanılmış və qısa zamanda sona çatdırılmışdır. Burada uşaqların yaşaması, ilkin biliklərə yiyələnmələri, əylənmələri üçün hər cür şərait yaradılmışdır.

Qeyd olundu ki, 10 min 820 kvadratmetr ərazi təmizlənmiş, 1542 kvadratmetr sahəni əhatə edən ikimərtəbəli dörd bina tamamilə yenilənmişdir. 230 yerlik uşaq bağçasında balacaların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılmışdır. Bağçanın həyəti abadlaşdırılmışdır. Xüsusilə də yay aylarında uşaqların bağçanın həyətində istirahət edib əylənmələri üçün müxtəlif oyun meydançası salınmış, yelləncəklər, attraksionlar quraşdırılmışdır. Bağçanın həyətində iki min kvadratmetr sahədə yaşıllıq salınmış, müxtəlif çiçəklər, gül kolları əkilmişdir.

Məlumat verildi ki, burada 2-6 yaş arasında 12 məktəbəhazırlıq qrupu vardır. Uşaqların estetik zövqünü formalaşdırmaq üçün yaradılan musiqi zalında balacalar həm də özlərinin hazırlayacaqları tamaşaları təqdim edə biləcəklər. Burada müxtəlif nağıl qəhrəmanlarının obrazlarını yaratmaq üçün tamaşa zalı, səhnə quraşdırılmışdır. Bağçadakı tibb, mətbəx, yataq, dərs, yemək otaqları və ləvazimatları, məişət əşyaları, musiqi alətləri tamamilə yenilənmişdir.

Binanın girişində və dəhlizində müşahidə kameraları, yanğından mühafizə sistemi quraşdırılmışdır. Balacaların təlim-tərbiyəsi ilə 19 tərbiyəçi məşğul olacaqdır. Uşaqların gün ərzində dörd dəfə keyfiyyətli qidalanması üçün zəruri ərzaq məhsullarından ibarət menyu tərtib edilmişdir.

Görülən işlərdən razı qalan Mehriban xanım Əliyeva bağçanın kollektivinə uğurlar arzuladı.

Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Loading Bars
Xəbər lenti
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bütün xəbərlər