...

Milli Məclisdə uşaqlara həsr olunmuş konfrans keçiriləcək

Siyasət Materials 8 İyun 2013 14:42 (UTC +04:00)
İyunun 11-də Milli Məclisdə AŞ PA Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin birgə təşkilatçılığı ilə “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” mövzusunda konfrans keçiriləcək.
Milli Məclisdə uşaqlara həsr olunmuş konfrans keçiriləcək

Azərbaycan, Bakı, 8 iyun /Trend/

İyunun 11-də Milli Məclisdə AŞ PA Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin birgə təşkilatçılığı ilə "Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir" mövzusunda konfrans keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Avropa Şurasının "Uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində keçirilir.

Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədri, AŞ PA sədrinin müavini Səməd Seyidov, millət vəkili, qurumun Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin üzvü Sevinc Fətəliyeva açılış nitqi söyləyəcəklər.

Konfrans çərçivəsində AŞ PA-nın xüsusi Alt komitəsinin iclası, uşaqların cinsi zorakılıqdan qorunmaları üçün effektiv tədbirlər, kiber mühitdə uşaqların təhlükəsizliyi, uşaqlara qarşı zorakılıqla mübarizədə müxtəlif ölkələrin təcrübəsi mövzularında sessiyalar keçiriləcək.

"Uşaqların cinsi istismar və seksual xarakterli hərəkətlərdən qorunması haqqında Avropa Şurası Konvensiyası" parlament üzvləri üçün vəsait şəklində dərc edilib. Tədbirin yekununda kitabın təqdimatı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti