...

Prezident İlham Əliyev Türkiyənin baş prokurorunu qəbul edib

Siyasət Materials 12 İyun 2013 14:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Respublikasının baş prokuroru Hesen Erbili qəbul edib.
Prezident İlham Əliyev Türkiyənin baş prokurorunu qəbul edib

Azərbaycan, Bakı, 12 iyun /Trend /

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Respublikasının baş prokuroru Hesen Erbili qəbul edib.

Cənab Hesen Erbil Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub. Türkiyə Respublikasının baş prokuroru Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Dövlətimizin başçısı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti