...

Ağ Ev Türkiyədəki hadisələri narahatlıqla izləməkdə davam edir

Siyasət Materials 14 İyun 2013 02:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Ağ Ev Türkiyədəki hadisələri narahatlıqla izləməkdə davam edir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında Ağ Evin sözçüsü Cey Karni deyib.

Karni Türkiyənin ABŞ-ın yaxın dostu və müttəfiqi olduğunu bildirərək Türkiyə hakimiyyətindən ifadə, sərbəst toplaşma və azad mətbuat kimi əsas azadlıqların təmin olunmasını gözlədiklərini söyləyib.

Mətbuat katibi bildirib: "Türkiyədəki hadisələri narahatlıqla izləməkdə davam edirik və vəziyyətin demokratik yollarla həll edilməsi səylərini məmnuniyətlə qarşılayırıq".

Məsələ ilə əlaqədar ABŞ Prezidenti Barak Obama və türk rəsmiləri arasında hər hansı telefon danışığı barədə məlumatı olmadığını deyən Karni əlavə edib ki, dövlət katibi Con Kerri ilə xarici işlər naziri Əhməd Davudoğlu arasında danışıqlar olub.

Xəbər lenti

Xəbər lenti