...

Bəkir Bozdağ: Türkiyəni güclü görmək istəmirlər

Siyasət Materials 17 İyun 2013 11:30 (UTC +04:00)
Dünya ölkələrinin əksəriyyəti Türkiyəni güclü görmək istəmir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
Bəkir Bozdağ: Türkiyəni güclü görmək istəmirlər

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir R.Hafizoğlu/

Dünya ölkələrinin əksəriyyəti Türkiyəni güclü görmək istəmir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

Bozdağın sözlərinə görə, Türkiyədə keçirilən etiraz aksiyaları əvvəlcədən planlaşdırılıb, lakin Türkiyə hökuməti bu müvəqqəti problemin öhdəsindən gələcək.

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Türkiyənin müxtəlif şəhərlərində hökumətə dəstək aksiyaları da keçirilir. Türkiyə KİV-in məlumatına görə, mitinqlərdə hökumətin 100 mindən çox tərəfdarı iştirak edir.

Ötən gün Ankarada keçirilən etiraz aksiyaları zamanı 100 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti