...

Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 İyun 2013 12:15 (UTC +04:00)
Avropa Parlamentinin 13 iyun tarixli qətynaməsi ilə bağlı məsələ Milli Məclisin cümə günü keçirilən növbədənkənar iclasında gündəliyinə salınıb.
Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Avropa Parlamentinin 13 iyun tarixli qətnaməsi ilə bağlı məsələ Milli Məclisin cümə günü keçirilən növbədənkənar iclasının gündəliyinə salınıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu qətnamənin qəbuluna cəmi 32 Avropa parlamentarisi səs verib:

"Bu bir daha göstərir ki, Azərbaycanın əleyhinə olan qüvvələr vaxt tapan kimi Azərbaycana qarşı sənəd qəbul edirlər. Çox təəssüf edirəm ki, iclas zamanı parlamentin Əməkdaşlıq komitəsindən olan deputatların etiraz səsini qaldırmalarına baxmayaraq sənəd qəbul olunub".

Spiker qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana diqtə eləmək haqqı yoxdur. Onun sözlərinə görə, qəbul olunan qətnamə qərəzlidir və Azərbaycan hər dəfə uğurlara imza atdığı dövrdə təxirəsalınmaz iclas keçirərək bu kimi qətnamələr qəbul edirlər:

"Bu, bəzi deputatların öz məqsədlərinə çatmaq üçün imzaladıqları sənəddir".

Milli Məclis sədrinin müavini, Azərbaycan-Avropa Parlamenti Əməkdaşlıq komitəsinin həmsədri Valeh Ələsgərov qətnaməni Avropa Parlamentinin rəsmi sənədi kimi qəbul etmədiyini deyib. O bildirib ki, Azərbaycanda uğurlu layihələr həyata keçirildikcə, belə təxirəsalınmaz sənədlər qəbul olunur və uğurlar artdıqca bunun şahidi olacağıq:

"Bu cür qətnamələr Bakı-Tbilisi-Ceyhan və digər layihələr həyata keçirilən zaman qəbul olunub. Böyük oyunçular bəzi ölkələrin deputatlarından istifadə edib sənədlər qəbul etdirirlər".

Ələsgərov bildirib ki, Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığa maraq göstərsə də əks tərəfdə bu maraq görsənmir. "Buna bariz nümunə olaraq bu ilin mayın 1-2-də Azərbaycan-Avropa Parlamenti Əməkdaşlıq komitəsinin növbəti iclasının Bakıda keçirilməsinə razılaşsa da son anda Avropa tərəfi bunu keçirməkdən imtina etdi. Bildirildi ki, komitə sədrindən başqa komitənin digər üzvləri iclasda iştirak edə bilməyəcəklər. Bunun nəticəsində iclas baş tutmadı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti