...

Gürcüstanda müdafiə və təhlükəsizlik sahəsində konfrans keçiriləcək

Siyasət Materials 27 İyun 2013 10:07 (UTC +04:00)
İyunun 27-də Batumidə Cənubi Qafqaz regionunda sanballı təhlükəsizlik forumuna çevrilmiş “Gürcüstan Müdafiə və Təhlükəsizlik” konfransı keçiriləcək. Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndəsi də iştirak edəcək.
Gürcüstanda müdafiə və təhlükəsizlik sahəsində konfrans keçiriləcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

İyunun 27-də Batumidə Cənubi Qafqaz regionunda sanballı təhlükəsizlik forumuna çevrilmiş "Gürcüstan Müdafiə və Təhlükəsizlik" konfransı keçiriləcək. Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndəsi də iştirak edəcək.

SAM-dan Trend-ə verilən məlumata görə, 2006-cı ildən etibarən Gürcüstan Müdafiə və Təhlükəsizlik Konfransı regional və beynəlxalq perspektivlərdən irəli gələn müdafiə və təhlükəsizlik sahəsindəki tendensiya və problemlərin həll edilməsi üçün Cənubi Qafqaz regionunda dəyərli və unikal təhlükəsizlik forumuna çevrilib.

Konfrans siyasətçiləri, ekspert və hökumət nümayəndələrini, qeyri-hökumət və beynəlxalq təşkilatları, həmçinin müzakirə, debat və bu sahədə gələcək perspektivlər haqqında dialoqlar hazırlayan təhsil müəssisələrini bir araya gətirir.

Üç gün davam edəcək tədbirdə "Avro-Atlantik təhlükəsizlik gündəliyinin idarəsi: Tendensiyalar və siyasət", "Böyük Qara dəniz regionu: Avropa əməkdaşlığı və Avro-Atlantik təhlükəsizlik və stabillik üçün strateji imperativ (Əmr)", "Gürcüstanın demokratik gündəliyi: Avro-Atlantik inteqrasiyanın irəliləyişi", "Gürcüstanın müdafiə siyasəti və perspektivləri", "NATO-nun genişlənməsi: Namizəd ölkələrin tendensiya və perspektivləri", "NATO İSAF: 2014-cü ildən sonraya ümumi baxış və çıxarış" mövzularında müzakirələr nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti