...

Azərbaycanın bəzi müxalifət liderləri vətənə xəyanətdə ittiham edilir

Siyasət Materials 29 İyun 2013 11:56 (UTC +04:00)
Təəssüflər olsun ki, Azərbaycanda xarici qüvvələrin, antimilli xarici dairələrin dominant formada oturuşması üçün şərait yaratmağa çalışan müxalif qüvvələr var. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev deyib.
Azərbaycanın bəzi müxalifət liderləri vətənə xəyanətdə ittiham edilir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Mehdiyev/

Təəssüflər olsun ki, Azərbaycanda xarici qüvvələrin, antimilli xarici dairələrin dominant formada oturuşması üçün şərait yaratmağa çalışan müxalif qüvvələr var. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, istər zehniyyəti özlərinə uyğun yumaq baxımından, istərsə də digər formalarda buna uğursuz cəhdlər edirlər: "Bu məsələdə elə azərbaycanlıların əli ilə xaricilərin ölkəmizə təsir imkanlarını artırmaq, gücləndirmək istəyirlər. Bəziləri bu qaranlıq məqsəd ətrafında birləşməyə çalışırlar. Bu, çox zərərli bir şeydir. Amma seçki ilini bəhanə edib başqa dövlətlərdəki dairələrin Azərbaycandakı istəklərini gerçəkləşdirmək, təbii ki, mümkün olmayacaq. Bu, ən yüngül adlandırsaq, vətənə xəyanət etməkdir".

Partiya sədri hesab edir ki, öz dövlətinin, millətinin, vətəninin maraqlarını başqa dövlətlərin, onlardakı dairələrin maraqlarına qurban verilməsi üçün seçki ilinin bəhanə kimi istifadə edilməsi çox rüsvayçı bir mövqedir: "Seçki" və "demokratiya" adları altında xarici qüvvələrin maşasına çevrilən qruplara qarşı barışmaz və ifşaedici mövqedən çıxış etmək günün tələbidir. Burada həm normal siyasətçi, həm də vətəndaş öz sözünü deməlidir. Çünki gələcəyimizi və milli dövlətçiliyimizi bununla qorumuş və zərərli ünsürləri zərərsizləşdirmiş oluruq. Onların bu cür antiazərbaycan davranışları ölkəmiz üçün təhdiddir. Mən həm partiyamızın, həm də cəmiyyətimizin mənafeyinə və maraqlarına uyğun olaraq hamını çağırıram ki, müxalifətdə bu tipli "toparlanmalar" barədə ayıq olsunlar. Çünki hər kəs yalnız Azərbaycanda demokratik seçkinin keçirilməsi üçün toparlanmanın tərəfdarı olmalıdır".

"Milli Şura"da təmsil olunanların tez-tez Moksvaya səfərini, yaxud da ABŞ-a səfərə can atdıqlarına dair sualı cavablandıran Quliyev bildirib ki, iradəmizdən asılı olmayaraq qonşular bizə qarşı fərqli davranış nümayiş etdirirlərsə, buna adekvat addımlar atmaq və bunun cavabını vermək lazımdır: "Bu baxımdan bəzi müxalif qrupların xarici dairələrdə tərəfdar axtarması, bununla bağlı çabalarının qaranlıq tərəfləri və antimilli xüsusiyyətləri barədə düşünməyə dəyər. Nəzərə almaq lazımdır ki, istənilən siyasətçinin, vətəndaşın davranışı sonda milli təhlükəsizliyə xidmət etməlidir, milli təhdidlərə yox. Azərbaycanın milli təhlükəsizliyini təhdid altında saxlayan istənilən davranış, əlaqə, görüş və kənardan verilən dəstək Azərbaycanda qəbuledilməzdir. Bu baxımdan bəzi ölkələrdəki dairələrin məkrli məqsədlərlə bəzi müxalif qrupları ələ almasına çalışması yalnız bizim xarici aləmdəki təsirimizi və gücümüzü, müstəqil oyunçu olmağımızı zəiflətmək məqsədilə edilən qəsdlərdir. Biz yalnız bu cür dairələri və onların əlaltılarını ifşa etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti