...

Azərbaycanın fövqəladə hallar naziri Qırğız Respublikasında və Tacikistanda səfərdə olub

Siyasət Materials 2 İyul 2013 11:41 (UTC +04:00)
Tacikistan Prezidenti Emomali Rahmon çərşənbə axşamı Düşənbədə Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşüb. Bu barədə "Avesta" informasiya agentliyi dövləvt başçısının mətbuat xidmətinə istinadən xəbər verir.
Azərbaycanın fövqəladə hallar naziri Qırğız Respublikasında və Tacikistanda səfərdə olub

Azərbaycan, Bakı, 2 iyul /Trend/

İyulun 1-də Qırğız Respublikası tərəfinin dəvətilə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti bu ölkədə səfərdə olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfər çərçivəsində Qırğız Respublikasının Baş naziri Jantoro Satibaldiyev və Baş nazirin birinci müavini Comart Otorbayev ilə görüş keçirilib.

Görüş zamanı J.Satibaldiyev Qırğız Respublikasının Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib, mövcud potensialdan səmərəli istifadənin vacibliyini vurğulayıb.

Görüşdə K.Heydərov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mövcüd birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, səfər çərçivəsində Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyində hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri və bu sahədə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti səfər çərçivəsində iyulun 1-də Qırğız Respublikasında qeyd edilən "Xilasedicilər Günü" münasibətilə keçirilən tədbirdə iştirak edib. Tədbirdə Azərbaycan və Qırğız tərəfinin nümayəndələri qarşılıqlı olaraq medallarla təltif olunub.

İyulun 2-də Tacikistan tərəfinin dəvətilə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Tacikistanda səfərdə olub.

Səfər çərçivəsində nazir K.Heydərov Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən qəbul olunub.

Qəbul zamanı Prezident E.Rəhmon Tacikistan ilə Azərbaycan arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib, mövcud potensialdan səmərəli istifadənin vacibliyini vurğulayıb.

Öz növbəsində, nazir K.Heydərov fövqəladə halların idarə edilməsi sahəsində hər iki ölkənin müvafiq dövlət qurumları arasındakı mövcud əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Qəbul zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, səfər zamanı Tacikistanın Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsində iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Tacikistan və Azərbaycanın müvafiq qurumları arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər, həmçinin, gələcəkdə imzalanması nəzərdə tutulan saziş layihəsi müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti