Azərbaycan, Bakı, 7 iyul /Trend/
Əl-Baradeinin Misirin keçid hökumətinin rəhbəri vəzifəsinə təyin olunması təsdiqini tapmadı. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri Məhəmməd əl-Baradeinin Misirin keçid hökumətinin rəhbəri vəzifəsinə təyin olunmayıb, onun namizədliyi ilə bağlı məsləhətləşmələr hələ də davam edir.
Bu barədə agentliyə ölkənin müvəqqəti prezidentinin informasiya üzrə müşaviri Əhməd əl-Müslimani bəyan edib.
"Xeyr, onun təyinatı barədə xəbərlər həqiqətə uyğun deyil. Onun namizədliyi ilə bağlı dinləmələr hələ də davam edir" - deyə əl-Müslimani bildirib.
Qeyd edək ki, yayılan məlumatda qeyd olunub ki, Məhəmməd əl-Baradei keçid Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə Misirin müvəqqəti prezidenti Ədli Mənsur tərəfindən təyin olunub.