...

Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 12 İyul 2013 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müstəşarlığının nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə qardaş ölkənin Müdafiə Sənayesi Müstəşarlığı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib

Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti