...

İranın ali lideri Keşikçilər Şurasının üzvlərini təyin edib

Siyasət Materials 16 İyul 2013 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir E.Tariverdiyeva/

İranın ali dini lideri ayətullah Seyid Əli Xamneyi Keşikçilər Şurasına dörd fəqih (İslan qanunları əsasında mühakimə etmək ixtisasına malik din xadimləri) təyin edib. Bu barədə Trend "FarsNews" agentliyinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, ayətullahlar Məhəmməd Mömin, Məhəmməd Yəzdi və Mahmud Haşemi Şahrudi daha 6 il müddətinə Keşikçilər Şurasında qalıblar.

Ayətullah Mehdi Şabzendedar Şuraya yeni üzv seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti