Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Misirin daxili işlərinə qarışmır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, rəsmi Ankaranın yeganə tələbi xalqın iradəsinin həyata keçməsi və Misirdə demokratiyanın qurulmasıdır.
Davudoğlu əlavə edib ki, Misirdə hakimiyyətə xalqın seçdiyi şəxslər gəlməlidir.
Nazir bildirib: "Ankara Qahirə ilə münasibətləri korlamaq niyyətində deyil və buna nümunə olaraq, Türkiyənin Misirə ayırdığı maliyyə yardımının bundan sonra da davam edəcəyini göstərmək olar".