Azərbaycan, Bakı, 18 iyul /Trend/
Ermənistan Prezidenti Serj Sarkisyan bu gün Yerevanda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı münaqişə üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
Tərəflər Ermənistan və Aİ arasında münasibətləri, o cümlədən İttifaqın Ermənistanda bir sıra istiqamətlər üzrə aparılan islahatlara dəstəyini müzakirə ediblər.
F.Lefort bir daha Aİ-nin ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesinə dəstəyini təsdiqləyib.