...

Aİ XİN rəhbərlərinin Brüsseldəki görüşündə yerli hakimiyyətin insan haqları və demokratiyanın təşviqində rolu vurğulanıb

Siyasət Materials 22 İyul 2013 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir S.Əhmədova/

Bu gün Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə görüşü keçirilib.

Trend-in İttifaqın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə XİN rəhbərləri belə bir nəticəyə gəliblər ki, səmərəli yerli idarəetmə demokratiyanın dərinləşməsi və bu sahədə vətəndaşların səlahiyyətlərinin artırılmasına əhəmiyyətli töhfə verir.

Xarici işlər nazirləri qeyd ediblər ki, tərəfdaş ölkələrdə yerli hakimiyyət yoxsulluğun azaldılması, insan hüquqları və demokratiyanın, səmərəli idarəetmə və davamlı inkişafın təşviqində çox mühüm rol oynayır.

Aİ ölkələrinin XİN rəhbərləri Brüsseldə keçirilən görüşdə belə bir qənaətə gəliblər ki, yerli hakimiyyət orqanları vasitəsilə işləmək vətəndaşların qərarların qəbulunda iştirak etmə imkanlarını artırır: "Yerli hakimiyyət vətəndaşlar üçün dövlət sektorunda hesabatlılığın genişləndirilməsi, eləcə də ədalətin, qadın və qızların hüquqları da daxil olmaqla əsas bərabərlik prinsiplərinin təşviqi, şəffaflığın təmin edilməsi və ictimai sahədə geniş şəkildə iştirakın təmin edilməsində əsas qüvvədir".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Brüsseldə keçirilən görüşlərdə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti