...

Prezident İlham Əliyev “Qərbi Çıraq” platformasında tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 23 İyul 2013 12:29 (UTC +04:00)
İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qərbi Çıraq” platformasında tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev “Qərbi Çıraq” platformasında tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qərbi Çıraq" platformasında tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, platformanın təməli 2010-cu ildə qoyulmuşdur. "Qərbi Çıraq" platformasının üst modulları bu vaxtadək Xəzər dənizində quraşdırılmış ən ağır qurğudur. Platformasının üst modullarının ümumi çəkisi 1500 tonluq üzmə tamponları da daxil olmaqla 18 min 200 tondur. Bloku Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan yerli "Bos Shelf" şirkəti inşa edib. Bu nəhəng qurğunun tikintisinə 2 min insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb edilib. İşçi qüvvəsinin təxminən 96 faizi azərbaycanlılar olub.

Prezident İlham Əliyev qurğuda çalışan işçilərlə görüşdü və görülən işlərdən razılığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti