...

Azərbaycan Prezidenti Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Siyasət Materials 24 İyul 2013 16:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.
Azərbaycan Prezidenti Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.

Başsağlığında deyilir: "Qansu vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların sağalmasını, dağıntıların nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti